Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterriş indi dünyada davam edən çətin durum barədə danışıb.

YALAN.info bildirir ki, BMT Baş katibi bununla bağlı Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda düşüncələrini bölüşüb.

“Mən İkinci Dünya müharibəsi zamanı hələ doğulmamışdım, o zaman sözlərimin bir anlamı olmazdı. Ancaq indiki durum bütün həyatım boyu yaşadığım ən pis vəziyyətdir”, – deyə Quterriş vurğulayıb.

BMT Baş katibi beynəlxalq ictimaiyyət üçün başlıca problemlər kimi geosiyasi parçalanma və iqlim dəyişikliyini misal göstərib. Onun sözlərinə görə, indiki durum “soyuq müharibə” dövründə müşahidə olunandan da pisdir. Quterriş qeyd edib ki, bu gün dünyada münaqişələrin nəzarətdən çıxmasının qarşısını ala biləcək mexanizmlər çox azdır.

Öncəki xəbərİlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılışında çıxış etdi
Sonrakı xəbərİran Ermənistanla yeni sənəd imzaladı: Tehran və İrəvan bacılaşmış şəhərlər oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın