Ukraynadakı duruma görə dünyada təxminən 40 milyon insan qida çatışmazlığı problemi ilə üzləşəcək.

YALAN.info bildirir ki, bunu BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş iqtisadçısı Maksimo Torero bildirib.

“Aqrar-sənaye sektoru indi ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Əgər Ukraynadakı durumun təsirini proqnozlaşdırsaq, o zaman 2022-ci ildə xroniki qida çatışmazlığı ilə üzləşən ən azı 40 milyon insan olacaq”, – Torero bildirib. Onun sözlərinə görə, 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər.

Onu da bildirək ki, “Bloomberg”in yazarı Amanda Littl də bildirib ki, ABŞ-da artan aclıq epidemiyası müvəqqəti problemdən davamlı reallığa çevrilir. Onun sözlərinə görə, 2021-ci ildə hər altı amerikalıdan biri yardım üçün ərzaq banklarına müraciət edib: “Bu, 2019-cu ildəki 40 milyon insan sayı ilə müqayisədə 53 milyon nəfər çox deməkdir. Pandemiyanın səngiməkdə olmasına baxmayaraq, ABŞ-da ac insanların sayı artmaqda davam edir”.

Öncəki xəbərİrəvandakı Təpəbaşı məhəlləsindəki soyqırımla bağlı UNESCO-ya müraciət ünvanlandı
Sonrakı xəbərFəxrəddin Altun: Finlandiya və İsveçin öhdəlikləri necə yerinə yetirməsini nəzərə alacağıq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın