“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts (Bill Gates) yeni layihəyə başlayır.

YALAN.info bildirir ki, iş adamı “dünyanı xilas edəcək” layihənin adının “GERM” olduğunu açıqlayıb.

Bill Qeyts təxminən iki ildir ki, koronavirusun (COVID-19) məngənəsində olan dünyanı yenidən xəbərdar etdi. Hələ 2015-ci ildə o, dünyanın virusa hazır olmadığını demişdi. Qeyts indi də planetimizi gözləyən yeni bir təhlükədən söz açır, hətta dünya liderlərinə xəbərdarlıq edir.

Bill Qeyts Britaniyanın “Daily Star” qəzetinə verdiyi müsahibədə qeyd edir ki, terrorçular gələcəkdə çiçək xəstəliyini bioloji silah kimi istifadə edə bilərlər. B.Qeyts həmçinin Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) milyard dollarlıq Pandemiya İşçi Qrupunun yaradılmasını təklif edib. 

Qeyts vurğulayıb ki, gərəkli addımlar atılsa, yeni pandemiyanın qarşısını almaq olar. Məhz 3000 nəfərlik “GERM” komandası bunun üzərində işləyəcək. Sözügedən layihə növbəti epidemiyanın qarşısını almaq üçün nəzərdə tutulub. Qeytsin planına görə, komandaya ildə 1 milyon dollar sərmayə qoyulacaq. Hələlik komanda 3 min nəfərdən ibarət olacaq.

Komanda üzvlərinə epidemioloqlardan tutmuş alimlərə, diplomatiya ekspertlərindən tutmuş kommunikatorlara qədər bir çox müxtəlif iş sahələrindən olan insanlar daxil olacaq. Komanda öncədən işə başlayacağı üçün mümkün epidemiya halında epidemiya pandemiyaya çevrilməmiş durumu xilas edəcək.

Eyni zamanda, komanda üzvləri daim operativ olacaq, hadisələrə dərhal reaksiya veriləcək. Bill Qeyts bu komandaya əlavə olaraq daha çox sərmayə qoyacağını və səhiyyə sistemlərinə dəstək verəcəyini bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın