Belarus prezidenti Aleksandr Lukaşenko media nümayəndələri arasında odun doğrama çempionatının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən Avropa liderlərini “ağılsızlar” adlandırıb.

YALAN.info bildirir ki, Lukaşenko deyib: “Amerikalılara qitəyə əlavə nüvə silahı gətirməyə icazə verənləri liderlər adlandırmaq olarmı? Onlar ağılsızlardır”.

O qeyd edib ki, Avropa ölkələrinin vətəndaşları müharibə istəmirlər. “Avropa ölkələrinin vətəndaşları müharibə istəmirlər, çünki onlar başa düşürlər ki, bu gün hərbi əməliyyatlar Ukraynada gedir. Eyni zamanda Belarusu da alovlandırmağa çalışırlar. Sabah isə müharibə alovu bütün Avropaya yayılacaq”, – deyə Belarus dövlət başçısı izah edib.

“Almaniya, bütün Avropa (AB) – indi orada lider yoxdur. Olsaydı… Öz evlərindəki yanğını belə söndürə bilmirlər”, – Belarus lideri bildirib.

Eyni zamanda Lukaşenko qeyd edib ki, yeni dünya müharibəsi baş verərsə, bu, Amerika ərazisində baş verməyəcək. “Amerikalılar ancaq nüvə silahlarından qorxurlar, çünki ora da uça bilərlər (nüvə silahları – Red.). Nüvə silahlarından istifadə edilməyəcək, yəni adi silahlarla döyüşəcəklər. Harada? Biz müharibədə olacağıq. Biz burada, bu qazanda olacağıq”, – deyə o qeyd edib.

MƏNBƏКрасная Весна
Öncəki xəbərİlham Əliyev 2 ədəd Türkiyə istehsalı “Togg” elektromobili sifariş etdi
Sonrakı xəbərXüsusi təyinatlıların Şuşa əməliyyatı: Şəhərdəki küçə döyüşlərinin təfərrüatı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın