“Amerika Birləşmiş Ştatları Çinlə silahlı münaqişədən qorxmur və hesab edir ki, bunun qarşısını almaq olar”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ABŞ prezidenti Cozef Bayden (Joseph Biden) Qlazqoda BMT-nin İqlim üzrə Çərçivə Konvensiyasının 26-cı Konfransı çərçivəsində dövlət və hökumət başçılarının iki günlük sammitinin sonunda keçirilən mətbuat konfransında deyib.

Bayden qeyd edib ki, Vaşinqton və Pekinin birgə işləməsi gərək olan bir çox məsələlər var.

O, jurnalistin “Çinlə silahlı münaqişə sizi narahat edir?” sualını belə cavablandırıb: “Yox, narahat deyiləm. Münaqişəyə ehtiyac olacağını proqnozlaşdırmıram”.

“Mən açıq şəkildə bildirirəm ki, bu, rəqabətdir. Bu, münaqişə olmamalıdır”, – Amerika lideri vurğulayıb.

Öncəki xəbərTaliban Əfqanıstanda xarici valyutadan istifadəni qadağan etdi
Sonrakı xəbərDövlət Komitəsi Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın şəhərlərinin baş planlarını hazırlayır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın