Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı istintaq aparılır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən deyilib.

Vurğulana faktla bağlı indi Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsi tərəfindən mövcud cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Yada salaq ki, Ermənistan ordusu Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlıları amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb.

Belə ki, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib.

Burada Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilən 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir.

KİMİsmayıl Nəsibli
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərKiyev teleqülləsi atəşə tutuldu, ölənlər və yaralananlar var
Sonrakı xəbərRobert De Niro Ukrayna xalqına dəstəyə çağırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın