“Azad olunan ərazilərdəki abidələrin monitorinqi hələ də davam edir. Çünki ərazilər minalıdır. Ancaq monitorinqlər aparılır”.
YALAN.info bildirir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Şuşada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq çox sayda tarix-mədəniyyət abidələri aşkarlanıb:
“Reyestrdə olan 706 abidədən 404-ünü aşkar etmişik. Bundan başqa, azad olunan ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb. Məlumatlar əldə olunandan sonra abidələr təsnifatlaşdırılır, dağıdılma dərəcəsinə və əhəmiyyətinə görə prioritetləşdirilir. Bundan sonra bərpa, ya da konservasiya mərhələsi olacaq”.