Azərbaycan Ordusunda snayperlərin peşəkarlıqlarının artırılması məqsədi ilə mütəxəssis toplantısı keçirilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Toplantının planına uyğun olaraq atəş mövqeyi seçərək maskalanmış snayperlər müxtəlif üsul və vasitələrdən istifadə edərək sərrast atəşlə hədəfin məhv edilməsi və başqa fəaliyyətləri məşq edirlər.

Döyüş meydanında hədəfləri zərgər dəqiqliyi ilə məhv etmək üçün snayperlərə çətin şəraitlərdə təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanır. Toplantıda snayperlərin müxtəlif şəraitlərdə saatlarla müşahidə aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilir.

Əlahiddə Ümumqoşun Orduda snayperlərin toplantısı keçirilir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın