Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa Çempionatının C Divizionunda 3-cü yer uğrunda görüşdə Lüksemburq yığmasına qalib gəlib.

YALAN.info bildirir ki, Azərbaycan basketbolçuları Lüksemburq üzərində 78:73 hesablı qələbə ilə bürünc medala yiyələniblər.

Görüşün ilk və üçüncü hissəsində 20:16 və 19:16 hesablı üstünlük qazanan Azərbaycan yığması ikinci yarıda heç-heçə edib – 18:18. Dördüncü hissədə isə Lüksemburq üstünlüyə yiyələnərək, 17:7 hesablı üstünlüklə toplam nəticəni bərabərləşdirib – 64:64. Görüşün taleyi artırılmış hissədə həll olunub. Bu bölümdə 14:9 hesabı ilə üstün olan Azərbaycan millisi sonda 78:73 hesablı qələbə ilə bürünc medalları qazanıb.

Luxembourg v Azerbaijan | Full Basketball Game | FIBA U18 European Championship 2022 – Division C

Onu da bildirək ki, Tahir Baxşıyev və Anar Sarıyevin baş məşqçi olduğu kollektiv qrup mərhələsində Lüksemburq (75:71), Cəbəllütariq (115:60), Ermənistan (76:65) və Moldovaya (75:66) qalib gəlsə də, yarımfinalda Albaniyaya (56:76) uduzub.

Azerbaijan v Luxembourg | Full Basketball Game | FIBA U18 European Championship 2022 – Division C
Gibraltar v Azerbaijan | Full Basketball Game | FIBA U18 European Championship 2022 – Division C
Azerbaijan v Armenia | Full Basketball Game | FIBA U18 European Championship 2022 – Division C
Moldova v Azerbaijan | Full Basketball Game | FIBA U18 European Championship 2022 – Division C

Albaniya yığması final qarşılaşmasında Monako ilə üz-üzə gəlib. Monakonu 93-78 hesabı ilə məğlub edən Albaniya basketbolçuları 2003-cü ildən bu yana ilk qızıl medalını qazanaraq, FIBA U-18 Avropa Çempionatı, C Divizionunun Çempionu olublar. Monako millisi gümüş medalları qazanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın