Altı il öncə bir ildə iki dəfə devalvasiyaya uğradıqdan sonra üzən məzzənnə ilə dəyər itirən milli valyuta manat sabit məzənnənin diktəsi ilə bütün qlobal təsirlərə son illər tab gətirə bilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Xəzər Xəbər”in məlumatına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının qarşısıalınmaz ardıcıllıqla ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlaşma risklərini gündəmə gətirib.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, məhz dolların bir çox valyutalar üzərindəki son dominantlığını risk amili hesab etmək olar. Devalvasiya şəraiti yaradan daha bir amil isə indi azad olunmuş ərazilərə edilən böyük yatırımdır.

Ancaq bütün bunlar hazırda sadəcə risk olaraq təcəssüm edir. Reallıqda isə manatın güclü qalması üçün də ciddi səbəblər var: Dövlət Neft Fondunda ehtiyatlar rekord vurur. İndi təkcə bu fondda 44 milyard dollardan artıq vəsait var. Mərkəzi Bankın da ehtiyatları artaraq 7 milyard dolları ötüb. Ölkənin strateji valyuta ehtiyatlarının 51 milyard dollardan artıq olduğu bir dövrdə dolların istənilən basqısını manat rahatlıqla ala bilər. Özəlliklə də Azərbaycanın istehsalında və ixracında önəmli yer tutan enerji daşıyıclarının qiymətlərinin belə yüksək olduğu ərəfədə manat özünü necə deyərlər, rahat hiss edə bilər.

İqtisadçı ekspert deyir ki, hətta Azərbaycan indi sabit məzənnədən üzən məzənnəyə keçsə, qısamüddətli iqtisadi panikanı nəzərə almasaq, manat dollar qarşısında nəinki ucuzlaşmaz, hətta bir qədər də dəyər qazanar.

Qeyd edək ki, hazırda hər həftə keçirilən hərracda Azərbaycanda bazarda dollara olan təlabat tam qarşılanır.

Devalvasiya gözlənilir?
MƏNBƏXəzər Xəbər
Öncəki xəbərDİN saxta COVID-19 pasportu alanlara xəbərdarlıq edib
Sonrakı xəbərİlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın