Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turunda “Neftçi” PFK – “Qarabağ” FK oyunu keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, turun mərkəzi qarşılaşmasında paytaxtın “Neftçi” klubu Ağdamın “Qarabağ”ını qəbul edib. “Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın əvvəlləri qarşılıqlı hücumlar şəraitində keçsə də, Ağdam klubu 10-cu dəqiqədən sonra təşəbbüsü ələ alıb. Bunun məntiqi nəticəsi kimi, 5 dəqiqə sonra Abdullah Zubir meydan sahiblərinin 2 müdafiəçisini aldadaraq qapı istiqamətində zərbə endirib. Ancaq İvan Brkiç fransalı yarımmüdafiəçinin fərqlənməsoinə imkan verməyib.

Oyunda hesab 25-ci dəqiqədə açılıb. Kadi Borges uzaq məsagfədən qapını dəqiq nişan alıb. Qolun ardından müdafiəçilərin kobud səhvindən sonra Ramil Şeydayev qolkiperlə təkbətək çıxsa da, fərqlənə bilməyib. “Qarabağ”ın çoxsaylı hücum cəhdlərinə baxmayaraq, ilk yarıda hesab dəyişməyib.

Fasilədən sonra da təzyiqini davam etdirən “köhlən atlar” 62-ci dəqiqədə fərqi artırıb. Borges özünün və komandasının ikinci qoluna imza atıb. Qarşılaşmanın sonlarına doğru fəallığını artıran “Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. “Ağ-qaralar”ın heyətində Mert Çelik adını tabloya yazdırıb. Paytaxt klubunun son dəqiqələrdəki çoxsaylı hücumlarına baxmayaraq, hesab dəyişməyib.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran “Qarabağ” liderliyini gücləndirib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.

Onu da bildirək ki, günün ilk oyununda “Zirə” səfərdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək “Sabah” – “Qəbələ” və “Səbail” – “Sumqayıt” görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası 2021/2022 XV tur “Neftçi” 1-2 “Qarabağ”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın