Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş hazırlığı planına uyğun olaraq Bayraktar TB2 pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Döyüş atışlı təlim-məşq uçuşlarında başqa qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.

MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərDSX-nin yarıtmaz informasiya siyasəti və helikopter qəzasının üzə çıxardığı həqiqət
Sonrakı xəbərTəl-Əviv dünyanın ən bahalı şəhəri oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın