İsrailin ən çox əhalisi olan və çox vaxt qısaca olaraq Tel-Əviv adlandırılan Tel-Əviv-Yafo şəhəri, ən bahalı həyat səviyyəsinə malik şəhərlərin reytinqində birinci yeri tutub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Böyük Britaniyanın “Economist Group” şirkətinin analitik bölməsi olan “Economist Intelligence Unit”-in araşdırmasında məlumat verilib.

Ümumdünya Yaşayış Qiymətləri təsirli qlobal hadisələrlə ölçülən 173 şəhərdə yaşayış xərclərini araşdırıb. Orta hesabla, mal və xidmətlərin qiymətləri illik müqayisədə 3,5 % artıb ki, bu da son beş ildə müşahidə olunan ən yüksək inflyasiya səviyyəsidir.

Xatırladaq ki, orta inflyasiya göstəricisinə son dərəcə yüksək göstəricilərə malik dörd şəhər daxil deyil: Karakas, Dəməşq, Buenos-Ayres və Tehran. ABŞ sanksiyalarının qiymətləri artırması və qıtlığa səbəb olması səbəbindən İran paytaxtı reytinqdə 79-cu yerdən 29-cu yerə yüksəlib. Suriyanın paylaxtı Dəməşq isə dünyanın yaşamaq üçün ən ucuz şəhəri seçilib.

Bildirilib ki, İsrail şekelinin ABŞ dollarına nisbətdə sürətlə artması, eləcə də ərzaq, spirtli içkilər və nəqliyyatın bahalaşması səbəbindən ilk dəfə olaraq Tel-Əviv reytinq cədvəlinə başçılıq edib. Keçən il dörd pillə sıçrayışla beşinci yerdən ikinciliyə yüksələn Tel-Əviv mal və xidmətlərin qiymətlərinin ABŞ dolları ilə müqayisəsinə görə 173 şəhər arasında liderdir.

Reytinqdə ikinci yeri bir il öncə Honq-Konq və Sürixlə birlikdə ən bahalı şəhərlər siyahısına başçılıq edən Paris tutub. Yeni reytinqdə Paris Sinqapurla ikinci, Sürix və Honq Konq isə uyğun olaraq üçüncü və dördüncü yerdə qərarlaşıb. Dünyanın ən bahalı şəhərləri onluğuna Nyu-York, Cenevrə, Kopenhagen, Los-Anceles və Osaka da daxil edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın