Mayın 8-də yaşadığı binanın liftində jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

YALAN.info bildirir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, Aytən Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə çağırılaraq dinlənilib.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Aytən Məmmədova bildirib ki, bu gün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsində ekspertizadan keçib.

Bundan başqa, Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı cinayət işinin istintaqı Binəqədi Rayon Polis İdarəsindən alınaraq Bakı Şəhər Baş Polis İdarəsinin icraatına verilib. Jurnalistə hücum edən şəxsin tapılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Yada salaq ki, Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.

Məşhur jurnalist Aytən Məmmədovaya hücum edilib
KİMSail Ağasəlim
MƏNBƏAPA
Öncəki xəbərİlkin Süleymanov: Rəis müavini deyirdi ki, boynuna almasan da səni tutduracağıq
Sonrakı xəbərÇexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırım kimi tanıyıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın