“Azərbaycan Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi terror aktları ilə bağlı faktları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərib. Şikayətlərə baxılması ilə bağlı proses yeni başlayıb”.

YALAN.info bildirir ki, bunu “Report”a açıqlamasında Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O bildirib ki, tərəflər öz dəlillərini məhkəməyə təqdim ediblər: “Bizə bu il cavab veriləcəyini və ya qərar qəbul ediləcəyini gözləmirik. Yəqin ki ya gələn il, ya da 2024-cü il ilkin qərar verilə bilər”.

Ç.Əsgərov söyləyib ki, Vətən müharibəsindən sonra Azərbaycandan Avropa Məhkəməsinə ümumilikdə 1000-ə yaxın fərdi şikayət göndərilib: “Həmin məsələlərə baxılır. Proses barədə bizə məlumat verilmir. Yəqin ki onlar gözləyirlər dövlət səviyyəsində edilən şikayətlərə baxılsın sonra fərdi şikayətlərə keçiləcək”.

KİMŞəfiqə Nazimqızı
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərAzərbaycan 1 713 Ermənistan hərbçisinin qalıqlarını qaytarıb
Sonrakı xəbərMüdafiə naziri Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərində oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın