Avropa Komissiyası Rusiyaya qarşı yayınması mümkün olmayan yeni sanksiyalar paketi hazırlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

“Biz səkkiz sanksiya paketi hazırlamışıq və hər bir nümunədən onlardan yayınmaq üçün “boşluqların” necə bağlanacağını öyrənmişik. İndi biz bu yayınmaların mümkün olmaması üçün tədbirləri nəzərdə tutan başqa bir paketlə çıxış edirik”, – deyə o, Tallində mətbuat konfransında deyib.

Fon der Lyayen Avropa Birliyinin (AB) tətbiq etdiyi ixrac qadağalarının Rusiya iqtisadiyyatına çox güclü təsir göstərdiyini bildirib: “Məsələn, yüksək texnologiyalı məhsulların istehsalı səngiyib, hərbi texnoloji komplekslərə təsir edilib. Bizim məqsədimiz bundan ibarətdir. Bu, praktiki olaraq dayanmış avtomobil istehsalına da aiddir”.

Fon der Lyayen də AB-nin sərhədləri üzərində ciddi nəzarətin qurulmasının tərəfdarı olduğunu bildirib: “Buna görə də Avropa Komissiyası üzv dövlətlərə ölkələrin sərhəd nəzarətini gücləndirməyi tapşırıb”.

Öncəki xəbərKuleba Ukraynaya raket hücumu barədə: Putin danışıqları raketlərlə aparan terrorçudur
Sonrakı xəbərQırğız Respublikasına səfər edən İlham Əliyevi ölkə Prezidenti Sadır Japarov qarşıladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın