Avropa Birliyinin 9 ölkəsi Rusiya vətəndaşlarına turist vizası vermək üçün sənədləri qəbul etmir.

YALAN.info bildirir ki, bununla bağlı Rusiyanın Turist Operatorları Assosiasiyasından bildirilib.

Məlumata görə, Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Niderland Rusiya vətəndaşlarına turist vizası vermir. Vurğulanıb ki, İtaliya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan və Kipr adasının yunan hissəsi Rusiya vətəndaşlarına Şengen deyil, milli vizaların verilməsinə qadağa qoyulmasına dair qərar qəbul edəcək.

2022-ci il sentyabrın 12-də Avropa Birliyi Şurasının Rusiya Federasiyası ilə viza rejiminin sadələşdirilməsi sazişinin tam ləğvi ilə bağlı qərarı qüvvəyə minib. Bu qərara uyğun olaraq, Rusiya Federasiyası vətəndaşları üçün viza rüsumunda 35 avrodan 80 avroya qədər artım və vizaların verilməsi müddətində artım olub. Həmçinin, bundan sonra onlar viza üçün müraciət edərkən daha çox əlavə sənədlər təqdim etməli olacaqlar və çoxsaylı vizalar daha az veriləcək. Eyni zamanda, humanitar vizalara üstünlük veriləcək, turist vizası üçün müraciətlərə isə ən sonuncu halda baxılacaq.

Eyni zamanda Baltikyanı ölkələr və Polşa rus turistlərin ölkəyə girişini bağlamaq qərarına gəlib. Buna görə də sentyabrın 19-dan Şengen vizası olan Rusiya Federasiyası vətəndaşları Estoniya, Latviya, Litva və Polşaya gedə bilməyəcəklər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın