Qırğız Respublikasının Prezidenti Sadır Japarov Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti üçün “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) ilk bazasının açılışında iştirak edib.

YALAN.info bildirir ki, bununla bağlı Qırğız Respublikası Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Baza ölkə sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulub. PUA-lar ötən il dövlət büdcəsindən ayrılan vəsait hesabına alınıb. “Mən həmişə demişəm ki, Qırğız Respublikası sülhsevər ölkədir. Silahlı qüvvələrimizi gücləndirmək üçün səylərimiz sırf müdafiə məqsədi daşıyır”, – Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.

Sərhədçilər qarşısında çıxış edən dövlət başçısı vurğulayıb: “Ölkədə əmin-amanlıq, sabitlik sərhəddən başlayır. Baza sərhədlərimizi qorumaq üçün Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin quru qoşunları və hərbi bölmələrinin hava hücumundan müdafiəsinin başlıca vəzifələrini yerinə yetirir”.

Відкриття бази Bayraktar в Киргизстані
Öncəki xəbərErmənistanın Azərbaycanla sərhəddəki bütün hərbi təyinatlı obyektləri darmadağın edilib
Sonrakı xəbərAvropa Birliyinin 9 ölkəsi Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın