Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, koronavirus (COVID-19) Antarktida materikinə də çatıb. Belçikanın “Şahzadə Elizabet” araşdırma stansiyasının 25 əməkdaşından 16-sı COVID-19-a yoluxub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Le Soir” qəzeti məlumat yayıb. Məlumata görə, ilk yoluxma halı dekabrın 14-də qeydə alınıb.

Üstəlik, bütün qütb araşdırmaçıları Antarktidaya gəlməzdən öncə tam peyvənd olunub və uyğun testlərdən keçiblər. Bundan başqa, onların hamısı Cənubi Afrikada on günlük karantindən keçib. Koronavirus testi müsbət çıxanlar isə evlərinə göndərilib.

Qütb fondu layihəsinin rəhbəri Josef Heek qeyd edib ki, durum dramatik deyil. Xəstəlik yüngül keçir. “Təbii ki, yoluxmuş işçilərin bəziləri karantinə alınmalı idi. Ancaq bu, stansiyanın çalışmasına heç bir təsir göstərməyib”, – Heek əlavə edib.

Virusun aşkarlandığı qütb araşdırmaçılarına yanvarın 12-də evə qayıtmaq tövsiyə olunub. Ancaq onlar qitədə qalmaq və araşdırmalarını davam etdirmək istədiklərini bildiriblər.

Öncəki xəbərGoogle şirkəti yeni AR gözlük üzərində çalışır
Sonrakı xəbərQualcomm şirkəti yeni nəsil barmaq izi skanı texnologiyasını təqdim edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın