“Rusiya ordusunu lazımınca qiymətləndirməmək olmaz, müharibə onları tükəndirsə də, resursları bir neçə günə bitməyəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Müharibə bizim düşmənimizi tükəndirir – bu tamamilə dəqiqdir. Ancaq onu lazımınca qiymətləndirməmək də olmaz. Bir neçə gün sonra onun resurslarının tükənəcəyini söyləmək dövlətin müdafiəsi nöqteyi-nəzərindən düzgün deyil”, – deyə Malyar bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş şəhərləri azad etməyə davam edəcək. Müdafiə indi etibarlı əllərdədir. Desant, hücum qoşunları ərazilərimizin müdafiəsinə bağlıdır. Mübarizə çətindir, uzun olacaq, ancaq qalib gələcəyik!”

Bundan başqa, müdafiə nazirinin müavini qeyd edib ki, Rusiya öz təcavüzünü törətmək üçün Belarus ərazisindən istifadə edir. Onlar qonşu ölkədə şəxsi heyəti artıra bilərlər, çünki belaruslar tam döyüş hazırlığındadır.

“O ki qaldı düşmənin özünü necə aparması tendensiyasına: onlar bizim döyüş üsullarımıza uyğunlaşmağa çalışırlar. Ordumuzun yüksək peşəkarlığı var və bu, rusları təəccübləndirdi. Ancaq döyüşün intensivliyinin azaldıldığı vaxt – Rusiya ordusunun yenidən toparlanması üçün istifadə etdiyi vaxtdır. Rahatlanmaq və kiminlə məşğul olduğumuzu unutmaq olmaz”, – Anna Mayer deyib.

MƏNBƏSegodnya.ua
Öncəki xəbərRusiya və Belarus diplomatların Avropa Parlamentinə girişi qadağan edildi
Sonrakı xəbərTürkmənistanın yeni prezidenti hökuməti istefaya göndərdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın