Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov Gəncə şəhərinə səfərə gedib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, nazir səfər çərçivəsində ölkənin ikinci böyük şəhərində fəaliyyət göstərən bir sıra mədəniyyət ocaqlarına baş çəkib, mədəniyyət mərkəzləri və muzeylərin durumu ilə tanış olub. 

Mədəniyyət naziri qeyd edib ki, Şuşa xalçalarının Ermənistanda sərgilənməsinin qarşısının alınması yönündə nazirlik tərəfindən aparılan işlər beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Nazir həm də Vətən Müharibəsinə həsr olunan bədii və sənədli filmlərin çəkilişinə də münasibət bildirib.

“Qarabağ müharibəsi haqqında filmin çəkilməsi nəzərdə tutulur. Ancaq eyni zamanda başqa sənədli filmlərin və layihələrin həyata keçirilməsi planlaşdırılır” – deyə, nazir qeyd edib.

Daha geniş Baku TV-nin süjetində:

“Qarabağ Müharibəsi haqqında film çəkiləcək” – BAKU TV
MƏNBƏBaku.TV
Öncəki xəbərABŞ prezidenti Co Bayden İŞİD rəhbərinin öldürüldüyünü bəyan etdi
Sonrakı xəbərCenifer Lopez Ben Afflekə olan sevgisindən danışdı: Daha ağıllı, daha təcrübəli olduq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın