ABŞ kino ulduzu və pop-estrada müğənnisi Cenifer Lopez (Jennifer Lopez) aktyor Ben Afleklə (Ben Affleck) sevgisi barədə danışıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məşhur cütlük Venesiya Film Festivalında “Son Duel” filminin premyerasında qırmızı xalçaya çıxıblar.

52 yaşlı Lopezin sözlərinə görə, onların münasibətləri illər əvvəlki kimi deyil. “Biz yetkinləşdik, daha ağıllı, daha təcrübəli olduq. Fərqli işlər görürük, uşaqlarımız var. Həyatın bütün sahələrinə münasibətdə çox diqqətli olmalıyıq. Bu, hər kəs üçün çox gözəl vaxtdır”, – deyə o, bildirib.

Bir-birlərinə daha çox dəyər verdiklərini vurğulayan sənətçi yenidən sevdiyi insanla birlikdə olmağı nadir fürsət adlandırıb. “Sevdiyinizlə birlikdə olmaq üçün ikinci şans nadir fürsətdir. Biz bunu təbii qəbul etmirik”, – deyə o, bildirib.

Bundan öncə Afflek Lopeslə barışmağı “gözəl hekayə” adlandırsa da, onların münasibətlərinin təfərrüatlarını açıqlamaq istəmədiyini vurğulamışdı. “Bununla bağlı fərziyyə edə bilərsiniz, ancaq bu, mənim öyrəndiyim ən çətin dərslərdən biridir. Başa düşdüm ki, hər şeyi dünyanın qalan parçası ilə bölüşmək ağılsızlıqdır”, – deyə o bildirmişdi.

[4K] Jennifer Lopez & Ben Affleck At The Venice Film Festival (2021)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın