Qazaxıstan Respublikasının Almatı şəhəri nəzarət-buraxılış məntəqələri ilə tam əhatəyə alınıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, qurulmuş nəzarət-buraxılış məntəqələrində onlarla hərbçi və zirehli texnika növbə çəkir. Şəhərdən çıxışda avtomobillər diqqətlə yoxlanılır.

Şəhərdə vaxtaşırı atışma eşidilir, ancaq öncəki günlər kimi intensiv deyil. Televiziyalarda xüsusi əməliyyat aparılan ərazilərdə pəncərələrdən uzaqlaşmaq çağırışları təkrarlanır. Bəzi ərzaq mağazaları açılsa da, sakinlər satışda çörəyin olmadığını deyirlər.

Hələ də bankomatlarla bağlı problemlər var, demək olar ki, şəhərdə pul nağdlaşdırmaq mümkün deyil.

Bundan öncə Almatı vilayətinin hakimiyyət orqanları durumun nəzarət altında olduğunu, ancaq bölgədə terror təhlükəsinin ən yüksək səviyyədə olduğunu bəyan etmişdilər. Hakimiyyət əhalini sakit olmağa və lüzumsuz yerə evlərindən çıxmamağa çağırıb.

Almatı Beynəlxalq Hava Limanı mətbuat xidmətinin yaydığı məlumata görə, Almatı hava limanı müvəqqəti bağlanıb. Açılma haqqında məlumat daha sonra veriləcək. Bundan öncə hava limanının fəaliyyətinin yanvarın 10-dək dayandırıldığı bildirilirdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın