Şimali Atlantika Alyansı (NATO) Rusiya Federasiyası ilə genişmiqyaslı silahlı münaqişəyə hazırlaşır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin hərbi attaşelər və Moskvada akkreditə olunmuş xarici səfirliklərin nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, blokun hərbi quruculuğu tamamilə Rusiya Federasiyası (RF) ilə yüksək intensivlikli genişmiqyaslı silahlı münaqişəyə hazırlığa yönləndirilib.

“Roma Bəyannaməsi hələ də qüvvədədir. Orada özəlliklə Rusiya və NATO-nun bir-birini düşmən hesab etmədiyi müəyyən edilib. Bu xətt 2010-cu ildə Lissabonda keçirilən Rusiya-NATO Şurasının sammitində təsdiqlənib”, – deyə Rusiya müdafiə nazirinin müavini bildirib.

“Hər il NATO bloku 30 iri təlim keçirir və bu təlimlərdə Rusiyaya qarşı hərbi əməliyyatların keçirilməsi ssenariləri hazırlanır. Döyüş hazırlığı tədbirləri çərçivəsində ölkəmizin sərhədləri yaxınlığında zərbə qruplarının yaradılmasına xüsusi diqqət yetirilir. Özəlliklə, bu ilin may-iyun aylarında Amerika Birləşmiş Ştatları və Qərbi Avropadan 40 min nəfərə qədər gücləndirici qoşunların “şərq cinahına” köçürülməsi ilə “Defender Europe-2021″ adlı bir sıra təlimlər keçirilib”, – deyə Fomin qeyd edib. 

Ukrayna böhranı

Rusiya Federasiyasının müdafiə nazirinin müavini bildirib ki, Qərb tərəfdaşları Ukraynadakı hadisələri özləri yaradıblar və NATO Rusiya ilə qarşılıqlı əlaqəni dayandırmaq üçün bundan bəhanə kimi istifadə edib.

“Alyans Şurasının 1 aprel 2014-cü il tarixli qərarı ilə Rusiya ilə istənilən qarşılıqlı fəaliyyət yenidən dayandırıldı. Qərb tərəfdaşlarımız Ukraynada Qərbin özünün təxribatına səbəb olan hadisələri bəhanə kimi istifadə etdi”, – Fomin bildirib.

O qeyd edib ki, “məhz Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri ölkədəki qanlı dövlət çevrilişinə dəstək verib, Qərbin dəstəyi ilə qeyri-qanuni hakimiyyətə gələn yeni administrasiyanı tanıyıblar”.

Bərabərhüquqlu dialoq

Fominin sözlərinə görə, alyans son illər Rusiyanın maraqlarına məhəl qoymur və Moskva qarşılıqlı əlaqə yaratmağa çalışarkən bərabərhüquqlu dialoq aparmaqdan imtina edir.

“Alyans ardıcıl olaraq Rusiyanın maraqlarına məhəl qoymayıb və mövcud problemlərin ədalətli müzakirəsindən yayınıb. Məsələn, 2008-ci ildə Gürcüstanda baş verən hadisələrin təsiri altında ikitərəfli münasibətlərin soyuması fonunda, 2009-cu ildə Rusiyanın qarşılıqlı təhlükəsizlik təminatlarını gücləndirmək üçün nəzərdə tutulmuş yeni hərtərəfli saziş bağlamaq təklifini geri çevirib”, – deyə Fomin bildirib.

2017-ci ilin sentyabrında RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Hərbi Komitəsinin sədri Pyotr Pavelə Brüssellə hərbi xətt üzrə münasibətlərin normallaşdırılması üçün bir sıra təkliflər verib.

“Bu təkliflərdən biri yüksək səviyyəli təmasların davam etdirilməsidir. Ancaq 2016-2021-ci illər arasında aparılan danışıqlar göstərdi ki, alyans hərbçilər arasında substantiv söhbətə hazır deyil, deeskalasiya ilə bağlı konkret qərarlar qəbul etməkdən yayınır və ardıcıl olaraq istənilən təklifi geri çevirir. Rusiya tərəfi həmçinin terror təhlükəsi ilə bağlı məlumat mübadiləsini davam etdirməyi təklif edib.” – Fomin deyir.

Eyni zamanda Fomin qeyd edib ki, NATO-nun Əfqanıstandakı fiaskosunun səbəblərindən biri Rusiya ilə hərəkətləri əlaqələndirməkdən imtinadır.

“Görünür, alyansın Rusiya ilə hərəkətlərini koordinasiya etməkdən imtina etməsi, başqa məsələlərlə yanaşı, Alyansın Əfqanıstanda üzləşdiyi fiaskonun səbəblərindən biri olub, çünki antiterror məsələləri ilə bağlı məlumat mübadiləsinin olmaması həm Əfqanıstanda, həm də dünyanın başqa regionlarında yaraqlıların zərərsizləşdirilməsi məsələsinin həlli çox çətinləşdirib”, – Fomin bildirib.

Arktikanın inkişafı

“Alyans məqsədyönlü şəkildə Arktikanı hərbi məqsədlər üçün inkişaf etdirir, o cümlədən ABŞ strateji bombardmançıların və qlobal raketdən müdafiə sisteminin dəniz komponentlərinin Rusiya Federasiyasının sərhədlərinin bilavasitə yaxınlığında cəlb edilməsi ilə regionda təlim və döyüş fəaliyyətlərinin miqyasını artırır”, – Fomin bildirib.

O qeyd edib ki, Şimali Atlantika Alyansı 2020-ci ildə Rusiya Silahlı Qüvvələrinin və NATO Birgə Silahlı Qüvvələrinin koronavirus pandemiyası zamanı təmas zonalarında təlimlərin və başqa fəaliyyətlərinin intensivliyinin azaldılmasını nəzərdə tutan Rusiyanın hərbi təmkinlə bağlı təşəbbüsünü dəstəkləməkdən imtina edib.

Təhlükəsizlik zəmanətləri

Fomin bildirib ki, Rusiya Müdafiə Nazirliyi NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərə mümkün qədər tez cavab verməsini gözləyir və istənilən əlverişli vaxtda danışıqlara başlamağa hazırdır.

“Biz hesab edirik ki, bu saziş həm Rusiyanın, həm də bütövlükdə Avropanın maraqları çərçivəsində hazırlanıb. Biz ciddi, konstruktiv söhbət gözləyirik. Biz alyansın təkliflərimizə mümkün qədər tez reaksiya verməsini gözləyirik və istənilən əlverişli anda danışıqlara başlamağa hazırıq.”, – Fomin bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, planlaşdırılmamış brifinqdə 65 xarici dövlətdən 105 xarici hərbi attaşe və səfirliklərin nümayəndələri, o cümlədən 14 NATO ölkəsini təmsil edən 18 nəfər iştirak edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın