ABŞ Prezidenti Cozef Bayden (Jozeph Biden) uşaqlığını keçirdiyi bölgədəki ətraf mühitin çirklənməsi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu söyləyib.

YALAN.info bildirir ki, ABŞ lideri Massaçusetsdə iqlim dəyişikliyinin yaratdığı böhranın nəticələri ilə mübarizəyə həsr olunmuş çıxışında bu barədə danışıb.

Dövlət başçısı yada salıb ki, ölkənin bir çox fabrikləri atmosferə zəhərli maddələr, istixana qazları buraxır. “Bunlar bu gün üzləşdiyimiz iqlim fövqəladə vəziyyətinə töhfə verən çirklənmə növləridir”, – o deyib. Bayden bildirib ki, o, Kleymont (Delaver) şəhərində yaşayır, yaxınlıqda çoxlu neft emalı zavodları var və daim güclü küləklər əsir.

“Biz Delaverə köçəndə mən çoxmənzilli binada yaşayırdım və getdiyim məktəb yolun bir az aşağı hissəsində idi. Anam piyada getməməyimiz üçün bizi avtomobillə apardı. Və bilirsinizmi, avtomobilin şüşəsindəki yağ ləkələrini sözün əsl mənasında yumaq üçün şüşə silənləri işə salmaq lazım gəldi. Buna görə mən və böyüdüyüm şəhərin bir çox başqa insanları – xərçəng xəstəsiyik. Həmin səbəbdən də Delaver ştatında uzun müddətdir, ölkədə xərçəngin tutulması ilə bağlı ən yüksək səviyyəsi var idi”, – Prezident deyib.

Onu da bildirək ki, ABŞ mətbuatı daha öncə Baydenin cərrahi əməliyyat olunması barədə xəbər yayıb. Qeyd edilir ki, Prezidentin bədənindəki şiş cərrahi yolla götürülüb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın