ABŞ kəşfiyyatının məlumatlarına görə, Rusiya 2022-ci ildə  təxminən yüz min əsgərlə Ukraynaya hücum edəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Bloomberg” agentliyi kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən yazıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Moskva üç tərəfdən hücum hazırlayır: Krım yarımadasından, Rusiya-Ukrayna sərhədi tərəfdən və Belarus ərazisindən. Kəşfiyyatçılar sözügedən məlumatları avropalı həmkarları ilə bölüşdüklərini bildiriblər.

“Bloomberg”in məlumatına görə, Amerika kəşfiyyatında Rusiya hərbi kontingentinin Ukrayna ilə sərhəddə toplaşdığını doğrulayan xəritələr var. “Vaşinqtonun əldə etdiyi məlumatlara görə, Rusiya təxminən yüz min əsgərini hücuma hazırlayır. Bu qoşun qruplaşması Ukrayna ilə müharibədən başqa, işğal olunmuş əraziləri uzunmüddətli işğalda saxlamaq üçündür”, – deyə məqalədə vurğulanıb.

ABŞ kəşfiyyatı Rusiya hərbi-taktiki qruplarının əksəriyyətinin artıq öz mövqelərində olduğunu iddia edir: “Onların irəliləyişi hava zərbələri ilə dəstəklənəcək və arxa cəbhəsinin təhlükəsizliyi Moskvanın postsovet məkanı üçün misli görünməmiş miqyasda çağırdığı ehtiyatda olan hərbçilər tərəfindən təmin ediləcək”.

KİMAlberto Nardelli və Cenifer Cakobs
MƏNBƏBloomberg
Öncəki xəbərYüksək sürətdə asteroidlə toqquşacaq DART aparatı kosmosa uğurla göndərildi
Sonrakı xəbərİrina Zaretska: İkiqat dünya çempionu olan ilk qadın karateçiyəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın