Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı Ankaraya qarşı həyata keçirdiyi kəskin siyasi xətdən əl çəkməyə çağırıb.

YALAN.info bildirir ki, Türkiyə lideri bununla bağlı Antalya vilayətində səfəri zamanı jurnalistlərə verdiyi acıqlamada deyib.

R.T.Ərdoğan bəyan edib ki, Türkiyənin Yunanıstana zərbə endirmək planları yoxdur və yalnız hücum olacağı təqdirdə cavab verəcəyini vurğulayıb.

“Biz 561 kilometr uzaqlıqdakı hədəfi uğurla vuran “Tayfun” raketini buraxdıq. Yunanıstanda bu, çaxnaşma yaratdı, yerli qəzetlər yazmağa başladılar ki, onlar (Türkiyə ordusunu nəzərdə tutublar – Red.) bizi vuracaqlar. Egey dənizində bizə qarşı fəaliyyət aparmaq fikrində olmasanız, sizinlə işimiz olmayacaq”, – deyə Ərdoğan vurğulayıb.

Yunanıstan Türkiyə ilə sərhəd boyu hasar çəkəcək

Yunanıstan Evros çayı boyunca Türkiyə ilə quru sərhədinin bütün uzunluğu boyu hasar çəkəcək. Bununla bağlı ölkənin mülki müdafiə naziri Takis Teodorikakos bildirib.

“Xarici işlər və müdafiə üzrə Hökumət Şurası Evros çayının bütün uzunluğu boyunca, yəni Yunanıstan və Avropanın Türkiyə ilə sərhədlərində hasar çəkmək barədə qərar qəbul edib. Mülki Müdafiə Nazirliyi bu qərarı həyata keçirməyə borcludur. Onun toplam uzunluğu 140 km-dir”, – deyə o vurğulayıb.

Teodorikakos hasarın ilk 35 km-nin tikintisinə dərhal başlanacağını vurğulayıb. Bunun üçün Yunanıstan hökumətinin 100 milyon avro ayırmağı planlaşdırdığı bildirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın