“Samsun-Sivas dəmir yolu xətti logistika nəqliyyatının inkişafına əhəmiyyətli töhfə verəcək”.

YALAN.info Onlain Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Report” informasiya agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun-Sivas dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatması ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, ticarət baxımından Qara dənizinin qapılarını Anadoluya açan bu dəmir yolu xətti logistik nəqliyyatda yeni bir impuls olacaq: “Bu sərmayə Samsunun regional hab olaraq mövqeyini gücləndirəcək və burada yaşayan əhaliyə biznes və iqtisadi imkanlar yaradacaq. Layihə çərçivəsində Samsun ilə Sivas arasındakı 431 kilometrlik dəmir yolu xətti bütün infrastrukturu və üst quruluşu ilə yenilənib və indi Türkiyənin bütün dəmir yolu infrastrukturu modernləşdirilib”.

Prezident əlavə edib ki, Türkiyə sürət qatarlarının istifadəsi baxımından dünyada səkkizinci, Avropada isə altıncı yerdə qərarlaşıb.

O, Türkiyənin yük və sərnişin daşımalarının birlikdə həyata keçirə biləcək sürətli qatar xətlərinin də tikdiyini söyləyib.

Prezident vurğulayıb ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi strateji layihələrlə Türkiyə Londondan Çinə fasiləsiz dəmir yolu bağlantısı qurub.

Öncəki xəbərİlham Əliyev: Cəbrayıl, Zəngilan və Qubadlının taplam 8 kəndi azad olundu
Sonrakı xəbərFransız deputat Jerom Lambert: Məni ASALA kimi terror qurumları ilə hədələyiblər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın