“Sanksiya mövzusunda BMT-nin müəyyən xəttinə biz də qoşula bilərik, ancaq unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil”.

YALAN.info bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında söyləyib.

“Çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları qorumalıyıq. Biz dövlətik, 85 milyonluq əhalimiz var. Üzərimizə düşən hər cür vəzifəni edərik, edirik. İndi ukraynalılar üçün humanitar yardım daşıyan 56 civarında yük maşını bölgəyə göndərmişik”, – dövlət başçısı bildirib.

“Türkiyə BMT-nin Rusiyaya qarşı sanksiya sahəsində müəyyən etdiyi istiqamətlərə sadiqdir, ancaq Moskva ilə münasibətləri, Rusiyadan qaz tədarükü və “Akkuyu” AES məsələsini də diqqətdən kənarda qoya bilməz”, – prezident söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “S-400” HHM zenit-raket sisteminin Ukraynaya verilməsi məsələsinə də aydınlıq gətirib. “S-400 məsələsi Türkiyə üçün bağlıdır. Bu, ölkənin mülkiyyətidir”, – Ərdoğan bildirib.

Öncəki xəbərYaponiya Rusiyanın daha 80 şirkətinə qarşı sanksiya tətbiq edib
Sonrakı xəbərVətən Müharibəsində iştirak etmiş hərbçilər təltif olunublar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın