1915-ci ildə erməni quldur dəstələri Türk ordusu ilə döyüşməmiş, sadəcə günahsız insanları öldürmüşdür. Anadoluda həyatını itirən müsəlmanların sayı ölən ermənilərin sayından daha çoxdur.

YALAN.info bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısınının sədrliyilə baş tutan Nazirlər Kabinetinin toplantısının ardından mətbuat qarşısına çıxan Türkiyə prezidenti qondarma “erməni soyqırımı” ilə bağlı amerikalı həmkarı Co Baydenin (Joe Biden) açıqlamalarına da cavab verib.

Ərdoğan Baydenin qondarma “erməni soyqırımı” məsələsini siyasi alətə çevirməyə çalışdığını vurğulayıb: “Tarixçilərin müzakirə etməli olduğu mövzuların siyasətçilərin təbliğat alətlərinə çevrilməsini qəbul etmirik. Bəzilərinin tanıdığı erməni iddialarının bizim üçün heç bir önəmi yoxdur”.

“ABŞ Prezidenti Cozef Baydenin açıqlamalarını da belə dəyərləndirir və ona əhəmiyyət belə vermək istəmirik. Bayden ermənilərlə bağlı tarixi yaxşı bilməlidir. Onları bilmədən Türkiyəyə meydan oxumağa çalışmasını bağışlamağımız mümkün deyil”, – deyə dövlət başçısı bildirib.

Erdoğan’dan Biden’a Tarih Dersi! Yedi Düvele Ermeni Olayları Gerçeklerini Böyle Anlattı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın