“Almaniya kansleri Olaf Şolts ilə Rusiya və Ukrayna ətrafında baş verənləri müzakirə etdik. NATO üzvü olan iki ölkə olaraq ortaq fikir və narahatlıqlarımızı təsdiqlədik. Daimi atəşkəsin əldə olunması üçün səylərimizi davam etdirəcəyik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, bunları Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada baş tutan Almaniya kansleri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə dostluq münasibətlərinin saxlanmasının lazım olduğunu bildirib.

“Biz həm cənab Zelenski, həm də cənab Putinlə dostluğumuzu qorumalıyıq. Sanksiyalara gəlincə, BMT qaydaları çərçivəsində lazım olanı etdik. Rusiyaya baxmayaraq, NATO-ya başqa üzv ölkələrin etmədiyini Ukrayna üçün etdik”, – Türkiyə lideri vurğulayıb.

“Ukraynada daimi atəşkəsin əldə olunması üçün səylərimizi davam etdirəcəyik”, – deyə Ərdoğan əlavə edib. O, Avropanın təhlükəsizliyi üçün tədbirlər görməklə yanaşı, Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində səylərini artıracaqlarını bildirib:

“Görüşdə əsasən Rusiya-Ukrayna böhranı ilə bağlı müzakirələr apardıq. Problemin həlli üçün diplomatik səylərin gücləndirilməsinin önəmi qeyd olundu. Daimi atəşkəsin təmin olunması istiqamətində səylərimizi yorulmadan davam etdirəcəyik. Mülki şəxslər üçün humanitar dəhlizlər yaradılmalıdır. Burada ən önəmli məsələ atəşin dayandırılmasıdır”.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərUkraynada Bayraktar TB2-nin Rusiya Ordusuna vurduğu ziyan açıqlanıb
Sonrakı xəbərZelenski Ukrayna xalqına müraciət etdi: Dövləti qoruyun! Birlikdə güclüyük!
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın