Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son günlərdə Palmali Şirkətlər Qrupu ilə aralarında yaranmış alqı-satqı anlaşmaları ilə bağlı mediada yayımlanan yalan məlumatlara aydınlıq gətirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, şirkətdən Reportun sorğusuna cavab olaraq verilən məlumata görə, SOCAR və Palmali Şirkətlər Qrupu arasında öncədən olmuş Daşıma Xidmətləri Müqavilələri tərəflərin qarşılıqlı razılığı ilə pozulub:

“Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) olmamışdır. SOCAR indi özünün mallarının daşınmasını özünə bağlı qynaqlarla yerinə yetirir. Son günlərdə mətbuatda vurğulanan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər öncələr Palmali ŞirkətlərQrupunun olmuş, ancaq sonradan tərəflər arasında bərabər durumda aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı anlaşmasına görə SOCAR-a satılmışdır”.

Şirkətdən bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə yalandır:

Palmali Şirkətlər Qrupunun indi SOCAR-a böyük ölçüdə borcu vardır. Bu borc tərəflər arasında öncələr olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini uyğun saymırıq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın