Almaniyanın məşhur “Deutsche Welle” (Alman Dalğası) teleradio şirkəti Ermənistanın Dağlıq Qarabağı işğalı nəticəsində qaçqın düşmüş azərbaycanlıların həyatı haqqında reportaj hazırlayıb.

YALAN.info-nun bildirdiyinə görə, “Ev kimi başqa yer yoxdur” başlıqlı reportajda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat yer alıb. Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon işğal olunub. Həmçinin BMT-nin icra edilməmiş dörd qətnaməsi barədə informasiya verilib.

Bundan başqa, “Deutsche Welle” döyüşlərdən sonra doğma evlərini tərk etməli olmuş insanların xatirələrini işıqlandırıb. Tərtər sakinlərindən biri ilə söhbət zamanı atəşkəsin pozulması ilə ermənilərin onun körpə oğlunu yaraladığı özəl olaraq vurğulanır.

Məqalədə həmçinin bildirilir ki, daha öncə beynəlxalq siyasətdə önəmli yer tutmayan Dağlıq Qarabağ problemi bu ilin aprel hadisələrindən sonra dünya gündəmində ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Nəşr bu yerdə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Cənubi Qafqaza səfərini qeyd edir və XİN başçısının dilindən “bu status-kvo qəbuledilməzdir” deyir. Nəşr, həmçinin münaqişəsinin həllində Rusiyanın fəal roluna da diqqət çəkib.

Azərbaycanın mövqeyi ilə bağlı yazan Almaniya nəşri bu münaqişədə ölkənin mövqeyinin erməni silahlı qüvvələrinin ilkin mərhələdə beynəlxalq səviyyədə Azərbaycan torpaqları hesab olunan Dağlıq Qarabağ və ətraf rayonların işğal etdikləri ərazilərdən çıxmasını tələb etməsindən ibarət olduğunu vurğulayır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın