2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Yerinə yetirilən çalışmalarda başlıca məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə bacarıqlarını, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə birlikdə, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Verilən məlumata görə, çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib.

Zirehli texnikaların heyətləri ilə praktiki çalışmalar yerinə yetirilib
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərAzərbaycan Ordusunun snayperləri peşəkarlıqlarının artırılması məqsədi ilə toplandı
Sonrakı xəbərMN Komandolarda həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın