Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, müharibə mümkün qədər tez bitməlidir, əks halda Rusiyanın itkiləri o qədər böyük olacaq ki, onun yenidən yetişmək üçün bir neçə nəsli qalmayacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Prezident Rusiya qoşunlarının ölkəyə hücumunun 23-cü günündə Kiyevdən Ukrayna xalqına video-müraciətində deyib.

“Ukrayna üçün mənalı sülh və təhlükəsizlik danışıqları Rusiyanın öz səhvlərindən vurduğu zərəri azaltmaq üçün yeganə şansdır”, – Zelenski şənbə gecəsi video-müraciətində deyib.

“Görüşmək vaxtıdır. Danışmaq vaxtıdır. Ukrayna üçün ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır”, – deyən prezident, “əks halda Rusiyanın itkiləri o qədər olacaq ki, sizin (Rusiyanın – Red.) yenidən yetişmək üçün bir neçə nəsliniz qalmayacaq”.

“Müharibə başa çatmalıdır. Ukraynanın təklifləri masadadır”, – prezident deyib. O həmçinin vurğulayıb ki, yaxın günlərdə dünya xalqlarına Ukrayna üçün sülh çağırışı ilə müraciətə davam edəcək: “Qarşıda mənim isveçrəlilərə, xalqa və dövlətə müraciətim var. İsrail, İtaliya və Yaponiyaya da müraciətlər nəzərdə tutulub”.

Звернення Володимира Зеленського за підсумками 23-го дня війни.
KİMVolodimir Zelenski
MƏNBƏYouTube
Öncəki xəbərBaş Qərargah rəisi Qarabağdakı hərbi hissələrin döyüş hazırlığını yoxladı
Sonrakı xəbərMüdafiə naziri Novruz bayramı ərəfəsində hərbi hospitalı ziyarət etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın