“Üçüncü ölkələr Mariupolun müdafiəçiələrinin mühasirəyə alınmış “Azovstal” zavodundan azad edilməsi üzərində işləyir”.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Ria 1” telekanalına müsahibəsində deyib.

“Biz dayanmamalıyıq. Hər bir insan üçün mübarizə aparmalıyıq. Düzünü desəm, ölənləri orada saxlamaq istəmirik, çünki ailələri onları gözləyir. Rusiyaya məlumat ötürdük. Biz hətta üçüncü bir ölkəni cəlb etmək mexanizmindən istifadə etdik. İsrail, İsveçrə və Türkiyə bu gün bu məsələ üzərində işləyir”, – o söyləyib.

Dövlət başçısı bildirib ki, Ukrayna tərəfi Mariupoldakı yaralı müdafiəçiləri Rusiya Ordusunun əsirləri ilə dəyişməyə hazırdır. O, Rusiyanın dövlət başçısı Vladimir Putinlə təkbətək görüşməyə hazır olduğunu bildirib. 

“Məsələ hər gün daha da mürəkkəbləşir. Şəxsən mən belə hesab edirəm. Çünki kiçik şəhərlər artıq işğaldan azad edilir. Üstəgəl, Rusiyanın vandallığı ilə bağlı faktlar çoxalır. İndi cəmiyyət danışıqlara müsbət yanaşmır. Ancaq mən Prezident kimi, Putinlə danışmağa hazıram. Yalnız birbaşa onunla, vasitəçilər olmadan və ultimatum dili ilə yox, dialoq şərtləri daxilində”, – Zelenski söyləyib.

Yada salaq ki, daha öncə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk da eyni təkliflə çıxış etmişdi. Rusiya Ordusu martın 1-dən indiyədək mühasirədə olan Mariupol şəhərinin böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu hələ də ələ keçirə bilməyib. Zavodun müdafiəsində Ukraynanın “Azov” alayı durur.

Переговори з РФ, Італія як посередник, евакуація поранених з «Азовсталі» – інтерв’ю Зеленського

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın