Ukrayna Prezident Volodimir Zelenski həbsdə olan deputat Viktor Medvedçukla bağlı Rusiya Federasiyasına təkliflə çıxış edib.

YALAN.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkə lideri yeni video-müraciətində Rusiyaya əsir götürülmüş ukraynalı uşaqları siyasətçi ilə dəyişməyi təklif edib.

“Rusiya Federasiyasına təklif edirəm ki, sizin bu oğlanı Rusiya əsirliyində olan oğlan və qızlarımızla dəyişdirək. Ona görə də bizim hüquq-mühafizə orqanlarının və hərbçilərin də bu ehtimalı nəzərə alması önəmlidir”, – Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, Medvedçuk 40 gündən artıqdır ki, gizlənib və onun məhz Kosmonavtika Günündə (aprelin 12-də) saxlanılması çox simvolikdir.

“O, 48 gün gizləndi. Və sonundat, dövlətimizdən kənarda qaçmağa çalışmaq qərarına gəldi. Bu “kosmonavt” üçün sözün pis mənasında – məşhur “Getdik!” sözləri işə yaramadı. Onun hərbi kamuflyajdan istifadə etməsini xüsusi həyasızlıq sayıram. Bu cür maskalanmağa çalışıb. Belə “döyüşçü”, bu cür “vətənpərvər”, – Prezident əlavə edib.

Ukraynanın “Həyat uğrunda Müxalifət Platforması” partiyası siyasi şurasının sədri Viktor Medvedçuk ötən gün saxlanılıb.

Xüsusi əməliyyat Ukraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Viktor Medvedçuk Ukrayna qanunlarını pozub. O, habelə Rusiyaya qanunsuz səfər edib. Qərb ölkələri Medvedçukun (Rusiya Prezidenti onun kiçik qızı Daryanın xaç atasıdır) yaxtasına həbs qoyub.

Yada salaq ki, Viktor Medvedçuk Ukraynada iki cinayət işi üzrə dövlətə xəyanətdə şübhəli bilinir. 27 fevral 2022-ci ildə daxili işlər nazirinin müşaviri Anton Geraşenko Medvedçukun ev dustaqlığından qaçdığını elan etmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın