Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə görə məsuliyyət daşıdığını və onu bitirə biləcəyini başa düşməsini istəyir.

YALAN.info bildirir ki, bununla bağlı Zelenski CNN telekanalının “The Situation Room” (Vəziyyət otağı) proqramının aparıcısı Volf Blitzerə (Wolf Blitzer) verdiyi müsahibəsində danışıb.

Aparıcının “Əgər Putin indi müsahibəyə baxsaydı, Zelenski ona nə deyərdi?” sualına Ukrayna prezidenti aşağıdakı cavabı verib:

“Mən onu konkret olaraq məlumatlandırılmağa ehtiyacı olan şəxs hesab etmirəm. Bizim ərazimizdə Rusiyanın başladığı qanlı müharibə gedir. Sadəcə, onun bunu xüsusilə etdiyini başa düşməsini istərdim. Anlasın ki, konkret olaraq buna son qoya bilər. Bütün mesaj bundan ibarətdir. Seçim artıq onundur: davam etmək, ya da son qoymaq”.

Zelenski həmçinin vurğulayıb ki, ukraynalılar sülh anlaşması və müharibənin başa çatması üçün Ukrayna torpaqlarından imtina etməyə hazır deyillər.

Zelensky: Ukraine will not cede territory for peace with Russia
KİMCNN
MƏNBƏYouTube
Öncəki xəbərMüdafiə naziri Zakir Həsənov Xocavənddə komandoların təlim-məşqlərini izləyib
Sonrakı xəbərRusiyalı bələdiyyə üzvü müharibəyə qarşı çıxışına görə 7 il azadlıqdan məhrum edildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın