RT telekanalının (keçmiş Russia Today) baş redaktoru Marqarita Simonyana “Şərəf” ordeni verilib.

YALAN.info bildirir ki, mükafat Kremldə keçirilən mərasimdə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim olunub.

Putin eyni zamanda Ukraynadakı Rusiya separatçılarını da mükafatlandırıb. Qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) rəhbəri Denis Puşilin, “Luqansk Xalq Respublikası”nın (LXR) rəhbəri Leonid Paseçnik, Zaporojye vilayətinin “qubernatoru” Yevgeni Balitski, Xerson vilayətinin “qubernatoru” Vladimir Saldo Putin tərəfindən I və III dərəcəli “Vətən uğrunda xidmətlərə görə” ordenləri ilə təltif olunublar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın