“Rusiya Federasiyası Çin Xalq Respublikası ilə təhlükəsizlik məsələlərində əməkdaşlıq edir, yüksək texnologiyalı silahları birgə inkişaf etdirir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin cümə axşamı illik mətbuat konfransında deyib.

“Çin ordusu önəmli dərəcədə ən qabaqcıl silah sistemləri ilə təchiz olunub. Biz hətta bəzi yüksək texnologiyalı silahları birlikdə hazırlayırıq. Çinli mütəxəssislərlə kosmos və aviasiya sahəsində işləyirik”, – deyə Rusiya lideri qeyd edib.

Putin həmçinin əlavə edib ki, Rusiya Federasiyası və Çin həm də ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı inkişaf etdirir: “Bunlar birgə təlimlər, birgə beynəlxalq döyüş oyunlarında iştirak, dənizdə və havada birgə patrul xidmətləridir”.

Putin vurğulayıb ki, Rusiya Federasiyası ilə Çin hər şeyi əhatə edən strateji tərəfdaşlığı inkişaf etdirirlər, onların strateji münasibətləri beynəlxalq arenada əsas sabitləşdirici amildir.

“Sky News” jurnalistinin Moskvanın Ukraynaya, ya da hər hansı başqa suveren dövlətə təcavüz etməməklə bağlı hansı təminat verə biləcəyi sualını cavablandıran Rusiya lideri qeyd edib ki, digər dövlətlərə təhlükə yaradan Rusiya deyil. “Biz orada ABŞ sərhədlərinə, yoxsa Böyük Britaniyanın sərhədlərinə gəldik? Onlar bizə gəldilər. İndi də deyirlər: “Yox, Ukrayna NATO-da olacaq. Bu o deməkdir ki, orada da sistemlər olacaq.” – deyə Rusiya Prezidenti əlavə etdi.

Putin qeyd edib ki, NATO ölkələri Rusiyaya təhlükəsizlik zəmanətlərini “dərhal, indi” verməlidirlər, əksinə deyil.

Prezident ABŞ-ın Pekin Olimpiadasını diplomatik boykot etməsi ilə bağlı qərarını qəbuledilməz adlandırıb. “İdman insanları birləşdirməli, xalqlar və dövlətlər arasında problem yaratmamalıdır”, – Putin qeyd edib.

Rusiya lideri bildirib ki, Kiyev Donbassdakı problemi həll etmək üçün artıq iki dəfə güc tətbiq etməyə çalışıb: “Biz bunu etməməyə inandırmağa çalışdıq. Mən şəxsən [Ukraynanın eks-prezidenti Petro Poroşenkonu] razı salmışam”.

“2014-cü ilə qədər Rusiya Ukraynanın bütün hökumətləri ilə işləyirdi və Krımla bağlı heç bir addım atmağı planlaşdırmırdı, ancaq bu ölkədə baş verən qanlı dövlət çevrilişinə sakitcə baxa bilmədi və yarımadanın əhalisini qorumalı oldu”, – Putin bildirib.

Vladimir Putin əlavə edib: “Lakin 2014-cü ildə Ukraynada “qanlı çevriliş oldu”, “insanlar öldürülüb və yandırılıb”. “Biz Sevastopol və Krımı, orada yaşayan insanlara köməkdən necə imtina edə bilərdik. Necə onları himayəmizə, qanadımıza almaya bilərdik. Mümkün deyil. Bizi elə vəziyyətə salıblar ki, başqa cür edə bilməzdik”.

Putinin sözlərinə görə, Rusiya Ukrayna ilə mehriban qonşuluq münasibətləri qurmaq istəyərdi, ancaq Kiyev rəhbərliyinin hərəkətləri ucbatından bu, praktiki olaraq mümkün deyil.

Prezidentin sözlərinə görə, Ukrayna hakimiyyəti ölkənin rus və rusdilli sakinlərini tarixən yaşadıqları ərazilərdən sıxışdırıb çıxarır. Putin qeyd edib ki, Ukraynada rus dilindən istifadəni məhdudlaşdıran dövlət Ukrayna dili haqqında qanun qəbul edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın