Ukrayna Prezidenti Volodimir Zelenski Xerson, Nova Kaxovka, Melitopol, Berdyansk və başqa şəhərlərin işğaldan azad ediləcəyinə söz verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Prezident Rusiya-Ukrayna müharibəsinin 66-cı gününün sonunda öz YouTube kanalında yayımlanan bütün Ukraynalılara növbəti video-müraciətində deyib.

Zelenski bildirib ki, Rusiya Ukraynadakı böyük itkilərini nəzərə almır və qoşun yeritməkdə, özəlliklə də Xarkov, Donetsk və Luqansk vilayətlərinə hücumlara başlamaqda davam edir. “İşğalçılar Xarkov vilayətində əlavə qüvvələrin köməyinə yetişiblər. Onlar Donbasda təzyiqi artırmağa çalışırlar. Rusiya Federasiyası üçün bu mənasız müharibənin döyüşlərində artıq 23 mindən çox əsgər itiriblər. Ancaq dayanmırlar”, – o deyib.

Beləliklə, Ukrayna tərəfi bilir ki, Rusiya komandanlığı yeni böyük itkilərə hazırlaşır. “Heyətləri tamamilə məhv edilmiş, ya da önəmli dərəcədə zəifləmiş o bölmələrə zəif motivasiyası və döyüş təcrübəsi olan yeni insanlar cəlb edilir. Onlar sadəcə olaraq, hücuma keçə bilmələri üçün lazımi miqdarda insanları orduya toplamaq istəyirlər”, – Zelenski vurğulayıb.

Dövlət başçısı Rusiya komandanlığının yaxın həftələrdə daha minlərlə əsgərinin həlak olacağı və yaralanacağından xəbərdar olduğuna diqqət çəkib. Zelenski Rusiya Federasiyasının hərbçilərinə müraciət edərək, onları düşünməyə çağırıb: “Niyə onlar Ukraynada ölməlidirlər və qohumlarının buna ehtiyacı varmı?”

“Rusiya komandirləri əsgərlərə döyüşməkdən imtina etdiklərinə görə guya ciddi məsuliyyətlə üz-üzə olduqlarını deyəndə hərbçilərinə yalan danışır, eyni zamanda, məsələn, meyitlərin saxlanması üçün əlavə soyuducuların hazırlanması barədə heç nə demirlər. Planlaşdırılmış itkilərdən danışmırlar. Rusiyanın hər bir əsgəri öz həyatını xilas edə bilər. Sizin bizim torpaqda həlak olmağınızdansa, Rusiyada sağ qalmağınız yaxşıdır”, – Prezident əlavə edib.

“Təbii ki, qarşıda hələ çox iş var. Torpaqlarımızda olan işğalçılar qondarma əməliyyatlarının aşkar uğursuzluğunu hələ də dərk etmirlər. Biz hələ də döyüşməli və bütün qüvvələrimizi işğalçıları qovmaq üçün yönəltməliyik. Biz bunu edirik. Ukrayna azad olunacaq. Xerson, Nova Kaxovka, Melitopol, Berdyansk, Dneprudne və bütün başqa müvəqqəti qəsb olunmuş şəhərlər, işğalçıların özlərini sahibi kimi göstərdikləri icmalar azad ediləcəklər”, – Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, Ukrayna bayrağı harada olmalıdırsa, oraya qayıdacaq. “Rusiyanın hətta öz ərazisində belə təmin edə bilmədiyi normal həyatla birgə qayıdacağıq”, – Zelenski vurğulayıb.

66 день війни. Звернення Володимира Зеленського до українців

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın