“Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov şəhərinin atəşə tutmağa davam edir, Çerniqovda durum gərgindir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

O, həmçinin, Xarkov yaxınlığında düşmənin 488-ci motoatıcı alayının məhv edilməsi münasibətilə ukraynalıları təbrik edib. Denisenkonun sözlərinə görə, gecə saatlarında Ukraynanın cənubuna – İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskiyə hava hücumu olub.

Vadim Denisenko yada salıb ki, dünən Xersonda ruslar humanitar yardım paylamağa çalışıblar, ancaq yerli sakinlər gəlməyiblər.

“Yaxınlıqdakı müəssisələrdən Xerson şəhərinə məhsul gətirmək üçün humanitar dəhlizlərlə bağlı ilkin anlaşmalar var idi. Onu qəsdən bağladılar, gətirməyə imkan vermədilər ki, insanlar gəlib ruslardan humanitar yardım istəməyə başlasınlar. Xerson sakinlərinin özlərində güc tapması münasibəti ilə özümüzü təbrik etmək istərdim, afərin. Demək istəyirəm ki, biz sizin humanitar yardımınıza əhəmiyyət vermədik, əslində bizi acından öldürmək istəyən də sizsiniz”, – deyə Denisenko bildirib.

Öncəki xəbərUkrayna Baş Qərargahı: Rusiyanın 10 mindən çox hərbçisi öldürülüb
Sonrakı xəbərErmənilər Goranboy rayonu istiqamətində Azərbaycan Ordusuna atəş açıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın