Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terrorçularına qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatında 19 yaraqlı zərərsizləşdirilib.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat zamanı 4 qəhrəman yoldaşımız yaralanıb. Bütün gərəkli tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar”, – məlumatda vurğulanıb.

“Türkiyə Silahlı Qüvvələrinin dünən axşamdan başlayaraq İraqın şimalında Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pəncə Kilid” əməliyyatı uğurla davam edir”, – Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bəyan edib. Hərbi qurum rəhbərinin məlumatına görə, əməliyyat çərçivəsində terror təşkilatına aid sığınacaq, bunker, mağara, tunel, sursat anbarları və “qərargahlar” uğurla məhv edilib.

“ATAK helikopteri, kəşfiyyat və zərbə PUA-ları tərəfindən dəstəklənən qəhrəman komandolarımız, həmçinin “qırmızı beretlilər”imiz quru və hava hücumu hərəkatları ilə bölgəyə sızıblar. İndiyə qədər əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflər ələ keçirilib. Əsgərlərimizin nəfəsi terrorçuların ənsəsindədir. Terror təşkilatında artıq dağılma prosesinin getdiyini görürük”, – deyə o bildirib.

Pençe-Kilit Operasyonu Planlandığı Gibi Başarıyla Devam Ediyor

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın