Tokayev Rusiya Prezidenti Vladimir Putinə müraciətinə çox operativ, ən əsası isə dostcasına reaksiya verdiyinə görə xüsusi təşəkkürünü bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Qazaxıstan Respublikasının Prezidentı Kasım-Jomart Tokayev bunu xalqa müraciətində bildirib.

“Mən KTMT-yə sədrlik edən Ermənistanın baş nazirinə, o cümlədən Belarus, Qırğızıstan, Tacikistan prezidentlərinə səmimi təşəkkürümü bildirmək istərdim… Çin Xalq Respublikasının Sədrinə, Özbəkistan, Türkiyə prezidentləri, BMT və başqa beynəlxalq təşkilatların rəhbərlərinə dəstək sözlərinə görə də öz təşəkkürümü bildirirəm”, – deyə Tokayev qeyd edib.

Tokayev Rusiya Prezidenti Vladimir Putinə xüsusi təşəkkür edib: “Mən Rusiya Prezidenti Vladimir Putinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Müraciətimə çox operativ, ən əsası isə dostcasına reaksiya verdi”.

KTMT-nin Qazaxıstanda sülhməramlı missiyası

Yada salaq ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Tokayev toplantıda ölkədəki gərgin durumla bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.

Yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsinə qərar verib. Bununla bağlı Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində məlumat verib.

“Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb”, – Paşinyan yazıb.

KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri olacaq. Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri qoruyacaq, yerli hüquq-mühafizə orqanlarına durumun sabitləşdirilməsində yardım edəcəklər.

Qeyd edək ki, KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib. Qırğızıstan isə Qazaxıstana 150 hərbçi və 19 ədəd texnika göndərməyi düşünür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın