“Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadə edə bilər”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın hərbi idarələrinin rəhbərlərinin Brüsseldə fövqəladə toplantısı ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq deyib ki, Rusiya Ukraynaya qarşı kimyəvi silahdan istifadəyə görə əvəzini ödəyəcək. Bununla belə, baş katib bunun qarşısını almaq üçün atılacaq konkret addımlardan danışmaqdan imtina edib.

Onu da yada salaq ki, bundan öncə Polşa Prezidenti Anjey Duda bildirib ki, Rusiyanın kimyəvi silahdan istifadə etməsi NATO-nu oyun qaydalarını dəyişməyə məcbur edəcək.

Jurnalistlərin NATO-nun müəyyən “qırmızı xətlərinin” olub-olmaması ilə bağlı sualına cavab olaraq baş katib Y.Stoltenberq bildirib ki, alyans indi Rusiya-Ukrayna müharibəsinin cəbhə xəttinin təşkilata nə qədər yaxın olduğunu və müəyyən insidentlərin baş verə biləcəyini anlayır: “Alyans öz sərhədlərindəki duruma nəzarət edir”.

KİMTural Səftərov
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərZelenski Ukrayna xalqına müraciət etdi: Dövləti qoruyun! Birlikdə güclüyük!
Sonrakı xəbərBayden Ukraynaya 13,6 milyard dollar yardımlıq büdcəni imzalayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın