Rusiyanın Ukraynaya hücumundan sonra başqa ölkəyə müdaxilə etməyəcəyinə zəmanət yoxdur.

YALAN.info bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts isveçli və finlandiyalı həmkarları ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, son onilliklərdə Avropa sərhədlərin güc yolu ilə dəyişdirilməsi prinsipindən imtina edib və dövlətlərin suverenliyinə hörmətlə yanaşılmalı olduğunu təsdiqləyib.

“Rusiya bu status-kvonu pozub və ona görə də heç kim deyə bilməz ki, Rusiya prezidenti Vladimir Putin bir daha eyni şeyi etməyəcək”, – Almaniya lideri bildirib. Kansler məhz bu səbəbdən ölkəsinin hərbi büdcəsini artırdığını, eləcə də Finlandiya və İsveçin NATO-ya qəbulunu dəstəklədiyini açıqlayıb.

KİMVioletta Orlova
MƏNBƏUNIAN
Öncəki xəbərABŞ generalı: Böyük dövlətlər arasında toqquşma ehtimalı artır
Sonrakı xəbərABŞ Prezidenti Co Bayden Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın