Slovakiya Prezidenti Zuzana Çaputova yaxın vaxtlarda “Zuzana” haubitsalarının Ukraynaya çatdırılacağını açıqlayıb.

YALAN.info bildirir ki, bununla bağlı ölkənin ilk qadın prezidenti olan Zuzana Çaputova Ukrayna Ali Radasının toplantısında çıxışı zamanı məlumat verib.

“Bu yaxınlarda S-300 müdafiə sistemi, minatəmizləmə texnikası və sursatları göndərildi, tezliklə “Zuzana” haubitsaları da olacaq. Biz eyni zamanda tərəfdaşlarımız və müttəfiqlərimizlə Ukraynanın təkcə humanitar deyil, həm də hərbi yardıma ehtiyacı olması ilə bağlı danışıqlar aparırıq”, – Çaputova bildirib.

Öncəki xəbərBraziliyada təbii fəlakət nəticəsində ölənlərin sayı 100-ə çatıb
Sonrakı xəbərUkraynalı qaçqın qənimət daşıyan Rusiya tankında öz əşyalarını gördü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın