“Əgər Rusiya bu müharibədə məğlub olacaqsa, hətta Kreml divarlarının ətrafını süpürən xadiməni də Haaqa məhkəməsi gözləyəcək”. 

YALAN.info bildirir ki, bu sözləri “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda qonaq qismində çıxış edən “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

“Onlar “bizim Krım”ı almağa hazırlaşırlar, lakin biz bu durumda edə biləcəyimiz yeganə işi edirik – bombalayırıq! Hər gün bombalayırıq: infrastrukturu bombalayırıq. Allah da bilir ki, biz bunu istəmirdik! Heç kim istəmirdi. Mən çox yaxşı bilirəm ki, siz də bunu istəmirdiniz (Vladimir Solovyovu göstərir – Red.), hökumətdəkilər də bunu istəmirdilər”, – deyə M.Simonyan vurğulayıb.

Simonyan deyib: “Biz çox xeyirxah, nazik və güvənənik. Biz belə yumuşağıq, mehribanıq, güvənənik, ancaq bu gərəkdirmi? İndi biz görürük ki, artıq bizim olan torpaqlarımızda hər gün bizim insanlarımızı öldürən Ukraynaya kömək edən infrastrukturu məhv etməyimizə qarşı çıxanlar var. Onlar qorxurlar və hər şeyi öz adı ilə adlandırmağa qorxurlar ki, birdən oralarda nə düşünərlər. Oralardakıların nə düşünəcəyinə tüpürmək lazımdır”.

Rusiyadakı mövcud iqtidarın alovlu təbliğatçısı əlavə edib ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən qorxmaq lazım deyil: “Biz məğlubiyyətdən, biabır olmaqdan qorxmalıyıq. Əgər biz uduzsaq, hətta Kreml divarlarının ətrafını süpürən xadiməni də beynəlxalq tribunal gözləyir. İndi Ukraynanın daha bir rayonunun işıqsız qalıb-qalmayacağının nə fərqi var?! Bizə bu müharibəni uduzmaq olmaz”.

Tok-şounun aparıcısı Vladimir Solovyov isə əlavə edib ki, əgər biz uduzsaq onsuz da Haaqa Məhkəməsi olmayacaq: “Bu baş verəcəksə, onda söhbət nədən gedir. Bütün Dünya olmayacaq”.

Öncəki xəbərNATO-nun Baş Katibi: Putin Ukraynanın enerji infrastrukturuna hücumlar planlayır
Sonrakı xəbərMN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın