Rusiyanın 3 qadından ibarət Serebro qrupunun ən seksual solisti Olqa Seryabkina Maxim jurnalı üçün çılpaq fotosessiyada iştirak edib. Bu il aprelin 12-də 31 yaşı tamam olan müğənni sosial səhifələrinin birində paylaşaraq bildirib ki, Maxim jurnalı ad günündə ona belə bir fotosessiya və həmin şəkillərdən birini jurnalın üz qabığına yerləşdirəcəyinə söz vermişdi.
Wunderbar.today saytının verdiyi məlumata görə, jurnal verdiyi sözü tutaraq müğənni üçün olduqca seksual fotosessiya təşkil edib. Çəkilişdə Olqa Seryabkina demək olar ki, tamamilə çılpaq şəkildə olub. Müğənninin cazibədar bədəni sadəcə qızılı rəngdə boya ilə örtülüb.
Jurnalın May 2016 buraxılışının üzünü bəzəyən foto Serebro qrupunun solistinin ürəyincə olub və o, öz sosial şəhifəsində də həmin şəkli yayımlayıb.

Serebro qrupunun solisti Olqa Seryabkina Maxim jurnalının üz qabığı üçün foto çəkilişlərdə