Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk günlərini xoş sürprizlə qarşılayıblar. Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəlb edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, meteoroloqlar Tabuk regionunda qarlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildiriblər.

Sakinlər ağ örtüyə bürünmüş dağların ətəyində tonqal qalayıb, Səudiyyə Ərəbistanı üçün nadir olan bu təbiət hadisəsinin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Qonşu ölkə Qətərdən də turistlər Cəbəl Əl-Ləvz bölgəsinə axın ediblər. Onlar bu ərazidə özlərini Avropadakı kimi hiss etdiklərini deyiblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın